Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 780,7 kq qızıl istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 780,7 kq qızıl istehsal edilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% çoxdur.
Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 575,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Hazır metal məmulatlarının istehsalı sahəsində 78,1 faiz artım, metallurgiya sənayesində 14,6 faiz azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 17.648,2 ton (3 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.
ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən 9,3 milyon barel artaraq proqnozları geridə qoyub.
Müştərilərə verilən kreditləri kəskin artıran Bank “BTB” 2019-cu ilin 9 ayını 4 milyon manata yaxın xalis mənfəət ilə bağlayıb.
Bank “BTB” ASC maliyyə göstəricilərində müşahidə olunan müsbət dəyişiklikləri qeyd edərək, 3-cü rüb üçün maliyyə göstəricilərini açıqlayıb.
Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz Mobil Əlavə istifadəçiləri üçün yeni kampaniyaya start verir.
Bu gün Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı - “Baku Jazz-2019” başlanır. Müxtəlif sahələrdə korporativ sosial məsuliyyət layihələrini uğurla həyata keçirən Azərbaycan Beynəlxalq Bankı “Baku Jazz-2019”-un da sponsorlarındandır. Festivalın açılış mərasimi bu gün saat 17.00-da Qız qalasının ətrafında keçiləcək.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42.202,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8 faiz artaraq 4.266,2 manata çatıb.
Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
“Rusiya-Azərbaycan-İran “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin yaradılması üzrə isə danışıqlar davam etdirilir”.
Bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 29381,8 min ton neft nəql edilib.
Magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 4,86% azalıb.