BakıKart-ın satış qiyməti artırıldı | Banco.az

BakıKart-ın satış qiyməti artırıldı

1 iyul 2026-cı il tarixindən etibarən BakıKart kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişəcək.

Banco.az xəbər verir ki, bu barədə BakıKart məlumat yayıb.

Qeyd edilib ki, BakıKart kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və bu müddət ərzində kartın satış qiymətində dəyişiklik edilməyib:

"Kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

Bu dövr ərzində sərnişinlər üçün NFC, QR və bank kartları ilə ödəniş imkanları istifadəyə verilib, rəqəmsal xidmətlər daha da genişləndirilib.

Vacib qeyd: Dəyişiklik yalnız yeni əldə edilən BakıKart kartlarının satış qiymətinə aiddir.

Gediş haqlarında dəyişiklik yoxdur. Kart balanslarında dəyişiklik yoxdur".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram