ABŞ-da ikinci əl ev satışları bu il ən yüksək səviyyədədir | Banco.az

ABŞ-da ikinci əl ev satışları bu il ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl ev satışları bu il ən yüksək səviyyədədir.

Banco.az xəbər verir ki, ABŞ-də ikinci əl mənzil satışları may ayında proqnozları üstələyib.

“Milli Rieltorlar Assosiasiyası”nın (NAR) çərşənbə axşamı açıqladığı məlumatlara əsasən, ötən ay mənzil satışları illik müqayisədə 3,2 faiz artaraq 4,17 milyon vahidə çatıb. “Bloomberg”in keçirdiyi sorğuda median proqnoz 1,1 faizlik artım idi.

Əvvəlki ay satışlar 0,7 faiz yüksəlmişdi.

May ayında mənzillərin orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 429 min 300 dollara yüksəlib. Eyni zamanda, mənzil ehtiyatı da əvvəlki illə müqayisədə cüzi artaraq 1,55 milyon vahidə çatıb ki, bu da ötən ilin iyul ayından bəri qeydə alınan ən yüksək səviyyədir.

NAR-ın baş iqtisadçısı Lourens Yun açıqlamasında bildirib: “Mənzil satışları dekabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib. Bu, həm mənzil bazarı, həm də iqtisadiyyat üçün çox müsbət xəbərdir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram