Müəllif: Tamara Mustafayeva, Banco.az
Britaniyanın “GSK” əczaçılıq şirkəti ABŞ-nin “Nuvalent” şirkətini 10,6 milyard dollara satın alır.
Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, “GSK” dəqiq hədəflənmiş onkoloji müalicələrin hazırlanmasına fokuslanan, Boston mərkəzli və klinik mərhələdə fəaliyyət göstərən biofarmasevtik şirkət olan “Nuvalent”i satın alır.
İqtisadi dəyəri 10,6 milyard dollar olaraq açıqlanan razılaşma çərçivəsində ağciyər xərçənginin müalicəsinə yönəlmiş üç məhsul da daxil edilib. Satınalma nəticəsində əldə olunan nağd vəsaitlər çıxıldıqdan sonra “GSK”nin ümumi sərmayəsinin 9,4 milyard dollar olacağı hesablanır.
Bu satınalmanın 2027-ci ildən etibarən “GSK”nin gəlir artımına töhfə verməsi və qrupun 2031-ci ilədək 40 milyard funt sterlinqdən çox satış hədəfini dəstəkləməsi gözlənilir.
“ABŞ Qida və Dərman Administrasiyası”nın (FDA) bu il təsdiqləyəcəyi gözlənilən sövdələşmə ilə “GSK”nin ağciyər xərçənginin müalicəsi sahəsində mövqeyini daha sürətlə gücləndirməsi məqsəd qoyulur.
Bizi sosial şəbəkələrdən izləyin!!
