Banco.az | Tezliklə

Xalq Bankla nağdsız ödəyənlər qazanacaq!

Cari il29 oktyabr 7 noyabr tarixləri ərzində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcəkdir. Günlər ərzində keçiriləcək stimullaşdırıcı tədbirlərdən biri də “Nağdsız ödəyən qazanır!” layihəsidir.

Azərbaycanca

AccessBank Maliyyə Göstəricilərini AÇIQLADI

Anar Həsənov: "AccessBank-ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır"

AccessBank2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Azərbaycanca

Ceyhan limanından indiyədək 3,3 milyard bareldən çox neft nəql edilib

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,32 mlrd. bareldən çox neft yola salınıb. Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Azərbaycanca

Xarici investorların gəlməsi üçün qeyri-neft sektorunda iri layihələrin önə çəkilməsinə ehtiyac var

Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar: dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genişlənməsi, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Azərbaycanca

Bakıda sənaye istehsalı cüzi artıb

Bakı şəhərində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-sentyabr aylarında 29,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çox sənaye məhsulu istehsal edib.

Azərbaycanca

Ən sərfəli manat əmanəti olan banklar - TOP10

Banklar müştərilərə əmanətlərini yerləşdirərək müəyyən faizdə gəlir təklif edir. Hazırda banka əmanət qoymaq istəyən vətəndaşları ilk növbədə öz əmanətinin müqabilində hansı faizdə gəlir götürəcəyi maraqlandırır. Banco.az oktyabr ayında manat əmanəti üzrə TOP-10 bankı hazırlayıb.

Azərbaycanca

Paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30 milyard manata çatıb

Yanvar-sentyabr aylarında Bakıda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 29,6 milyard manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 17,7 faizi emal sektorunda istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,7 faiz təşkil edib.

Azərbaycanca

“Yapı Kredi Bank Azərbaycan” - ın maliyyə vəziyyəti məlum oldu

“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin üçüncü rübündə real sektoru dəstəkləməyə davam etmişdir.

Bankın 2019-cu ilin üçüncü rübünə dair açıqladığı hesabata əsasən xalis faiz gəlirləri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə artaraq 22.7 mln AZN-ə çatmışdır.

Azərbaycanca

POS-terminalların sayı artıb

Mərkəzi Bankın hesabatına əsasən, Azərbaycanda ticarət və xidmət obyektlərində istifadə edilən ödəniş aparatlarının sayı sentyabrda artaraq 64 min 777 ədədə çatıb. Avqustda bu göstərici 64 min 133 ədəd olub.

Azərbaycanca

Azərbaycanın qeyri-neft məhsullarının ixrac coğrafiyası genişlənir

2019-cu ilin 9 ayının nəticələrinə əsasən, Azərbaycan ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çox, 1 milyard 413 milyon dollar dəyərində ixrac reallaşdırılıb. Qeyri-neft sektoru üzrə ən çox məhsul ixrac etdiyimiz ölkələr Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliyadır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »