Bu il oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycanda taxıl istehsalı artaraq 3,4 mln ton olub, buğda istehsalı isə 2,2 mln tona çatıb.
Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.
