Mərkəzi Bank süni intellekt tətbiqlərinin qarşılaşdığı əsas maneəni açıqladı | Banco.az

Mərkəzi Bank süni intellekt tətbiqlərinin qarşılaşdığı əsas maneəni açıqladı

Süni intellekt (AI) layihələrinin istehsal mərhələsinə keçə bilməməsinin əsas səbəbi məlumatlarla (data) bağlı problemlərdir.

Bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) Məlumat Departamentinin Məlumat Mühəndisliyi şöbəsinin rəhbəri Mahir Quluzadə bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyaları sürətlə inkişaf edir və artıq AI erası başlayıb:

"2025-ci ildən sonra süni intellekt sahəsində daha ciddi irəliləyişlər müşahidə olunur. Agentik AI artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Gözləntilərə görə, 2026–2027-ci illər AI erasının ən sürətli inkişaf mərhələlərindən olacaq".

M.Quluzadə qeyd edib ki, maliyyə sektorunda AI-nin tətbiqi ilə bağlı əsas problemlərdən biri keyfiyyətli və istifadəyə hazır məlumat bazasının olmamasıdır:

"Gartner"in araşdırmalarına görə, bir çox süni intellekt məhsulları və korporativ həllər istehsal mühitinə keçə bilmir. Bunun başlıca səbəblərindən biri "AI-ready" verilənlərin, yəni süni intellekt üçün hazır məlumatların çatışmazlığıdır.

Çoxları hesab edir ki, "data warehouse" və ya "data lakehouse" (məlumatların saxlanılması və idarəedilməsi sistemi) qurulduqdan sonra AI layihələrinin tətbiqinə başlamaq mümkündür. Lakin məsələ yalnız məlumatların toplanması ilə bitmir. Bu məlumatlar süni intellekt üçün mənalı olmalı, sistem onları düzgün başa düşə və şərh edə bilməlidir. Buna görə də yalnız analitika üçün nəzərdə tutulmuş "data-ready" yanaşması kifayət etmir. AI həllərinin effektiv işləməsi üçün məlumatlara məna qazandıran semantik məna qatının ("semantic context layer") yaradılması vacibdir".

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram