Bankların xarici öhdəlikləri 762 mln. manat azalıb | Banco.az

Bankların xarici öhdəlikləri 762 mln. manat azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin mayın 1-i tarixinə 2 milyard 499.6 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 5,5% və ya 129,9 mln. manat artıb. 

Qeyd edək ki, sektorun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 762,1 mln. manat azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozit və kreditlərin həcmindəki azalma ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram