Müəllif: Tamara Mustafayeva, Banco.az
“Micron Technologies” şirkəti Hindistana 825 milyon dollara qədər investisiya yatıracaq.
Banco.az xəbər verir ki, ABŞ-ın mikroçip istehsalçısı “Micron Technologies” şirkəti Hindistanda tikiləcək yarımkeçiricilərin montajı və sınaq qurğusunun inşasına 825 milyon dollara qədər sərmayə qoyacağını açıqlayıb.
Bu barədə şirkət açıqlama verib.
Bildirilib ki, “Micron Technologies” Hindistanın Qucarat şəhərində yeni montaj və sınaq obyekti inşa etməyi planlaşdırır. Yeni obyektin yerli və beynəlxalq bazarlardan gələn tələbi qarşılayacağı, onun mərhələli tikintisinə bu il başlanılacağı da vurğulanıb.
Açıqlamada həmçinin investisiya məbləğinin 825 milyon dollara çatacağı vurğulanıb və Hindistan hökumətinin və Qucarat əyalətinin dəstəyi ilə obyektə qoyulacaq ümumi investisiyanın da 2,75 milyard dollara çatacağı qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!