Çinin yeni qatarı sürət rekordu qırdı | Banco.az

Çinin yeni qatarı sürət rekordu qırdı

Müəllif:Mehin Qasımova,Banco.az

Çində mühəndislər maqnit levitasiya texnologiyası ilə işləyən maqlev qatarı prototipi ilə yeni sürət göstəricisinə nail olublar.

Banco.az xəbər verir ki, Hubei əyalətindəki Donghu Laboratoriyasında keçirilən sınaq zamanı təxminən 1,1 ton ağırlığında nəqliyyat vasitəsi cəmi 5,3 saniyəyə 800 km/saat sürət yığıb.

Sınaq cəmi 1 kilometr uzunluğundakı xüsusi yolda aparılıb. Maqlev texnologiyası nəqliyyat vasitəsini relslərə toxunmadan maqnit qüvvəsi ilə hərəkətdə saxlayır.

Bu isə təkər-rels sürtünməsini aradan qaldıraraq yüksək sürətə daha qısa məsafədə çatmağa imkan verir.

Bu, laboratoriyanın əvvəlki nəticəsindən də yüksək göstəricidir. 2025-ci ildə eyni tipli prototip 7 saniyəyə 650 km/saat sürətə çatmışdı.

Mütəxəssislər bildirirlər ki, belə texnologiya gələcəkdə yüksək sürətli nəqliyyat sistemlərinin sınaqları üçün tələb olunan uzun yolların əvəzinə daha qısa sınaq infrastrukturlarından istifadə etməyə imkan verə bilər.