Rusiyada bəzi kriptovalyutaların birjalarda ticarətinə icazə verilib | Banco.az

Rusiyada bəzi kriptovalyutaların birjalarda ticarətinə icazə verilib

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiya Mərkəzi Bankı Bitcoin, Ethereum və USDT-nin (Tether) ölkə birjalarında ticarət edilə bilən kriptovalyutalar siyahısına daxil edildiyini açıqlayıb.

Banco.az xəbər verir ki, yeni qaydalara əsasən, kriptovalyutalarla ticarət əsasən ixtisaslı investorlar üçün açıq olacaq.

Digər investorlar isə əməliyyatdan əvvəl testdən keçməli və kriptovalyuta yatırımlarının riskləri barədə məlumatlandırılmalıdır.

İxtisaslı olmayan investorlar üçün kriptovalyuta alışlarına illik 300 min rubl limit qoyulacaq.

Qərarın Rusiyada kriptovalyuta bazarının tənzimlənməsi və rəsmiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğu bildirilir.