"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu bloklayıb | Banco.az

"Telegram" bir gündə 100 mindən çox kanal və qrupu bloklayıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Telegram" təhlükəsizlik və platforma qaydalarının pozulması ilə əlaqədar  101 205  qrup və kanalı məhdudlaşdırıb.

Bu, avqustun 5-dən sonra ilk dəfə gündəlik bloklamaların 100 min həddini keçməsi deməkdir.

Şirkətin məlumatlarına görə, avqustun əvvəlindən 834 mindən çox qrup bloklanıb. Onların 4 608-i terrorizm və ekstremist fəaliyyətlərlə əlaqəli hesab edilib.

2026-cı ilin əvvəlindən isə Telegram-da bloklanan qrupların sayı 22,59 milyona çatıb.

Platforma qayda pozuntularının aşkarlanması üçün süni intellekt əsaslı moderasiya sistemlərindən istifadə edir.