Müəllif:Mehin Qasımova,Banco.az
Google-un süni intellekt köməkçisi "Gemini" aylıq 1 milyard aktiv istifadəçi həddini keçib.
Banco.az xəbər verir ki, şirkətin baş direktoru Sundar Pichai bu göstəricini Gemini-nin "Google" tarixində ən sürətlə böyüyən məhsullardan biri olduğunu bildirərək açıqlayıb.
"Gemini" artıq "Google Search", "Android" və "Workspace" kimi xidmətlərə geniş şəkildə inteqrasiya olunur.
Şirkətin məlumatına görə, istifadəçilər "Gemini" vasitəsilə gündəlik 150 milyondan çox şəkil yaradır, istifadəçilərin 63%-i isə süni intellektlə səsli ünsiyyətdən yararlanır.
Beləliklə, "Gemini" aylıq istifadəçi sayına görə "ChatGPT" ilə eyni 1 milyardlıq səviyyəyə çatıb. Bu göstərici süni intellekt platformaları arasında rəqabətin daha da gücləndiyini göstərir.
