Tramp: Mən İranın "bankiriyəm" | Banco.az

Tramp: Mən İranın "bankiriyəm"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İrana iqtisadi təzyiq göstərmək üçün gördüyü tədbirlərin təsirli olduğuna inanır və İslam Respublikasının iqtisadiyyatının çöküşlə üzləşdiyinə əmindir.

Banco.az xəbər verir ki, Prezident Real America's Voice-a verdiyi müsahibədə iddia edib ki, onların nə qədər pis iş gördüklərinə baxın, 300% inflyasiya ilə üzləşirlər, valyutaları praktik olaraq dəyərsizdir:

"Əsgərlərinə maaş vermirlər. Əsgərləri gedir. Ona görə də biz eyni şeyi etməyə davam edəcəyik, çünki onlar yaşaya bilmirlər. İqtisadi cəhətdən onlar tamamilə dağınıq vəziyyətdədirlər. Onlar pul borc ala bilmirlər. Biz onların böyük məbləğdə puluna nəzarət edirik. Onların çox pulu var idi, amma biz onu tamamilə idarə edirik. Mən onların bankiriyəm."