“Toyota” ABŞ-da 500 mindən çox avtomobili geri çağırır | Banco.az

“Toyota” ABŞ-da 500 mindən çox avtomobili geri çağırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota” ABŞ-da 500 mindən çox avtomobili geri çağırır.

Banco.az xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısı “Toyota” cihazlar panelində yarana biləcək nasazlıq səbəbilə 508 min 354 avtomobili geri çağırıb.

ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında geri çağırmanın 2025–2026-cı il istehsalı olan bəzi “Camry Hybrid” modellərinə şamil edildiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, sözügedən avtomobillər işə salındıqda cihazlar panelinin ekranında nasazlıq yarana bilər. Bu nasazlığın qəza işıqlarının, dönmə siqnallarının, təhlükəsizlik kəməri xəbərdarlıq sisteminin və ağıllı açarın xatırlatma funksiyasının işləməməsinə səbəb ola biləcəyi bildirilib.

Geri çağırmadan 508 min 354 avtomobilin təsirlənəcəyi gözlənilir.

Açıqlamada “Toyota”nın səlahiyyətli dilerlərinin ekran proqram təminatını ödənişsiz yeniləyərək problemi aradan qaldıracağı, təsirlənən avtomobil sahiblərinə isə məktub vasitəsilə məlumat veriləcəyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram