ABŞ-da ikinci əl mənzil satışları üç ayın ən aşağı səviyyəsinə düşüb | Banco.az

ABŞ-da ikinci əl mənzil satışları üç ayın ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzil satışları üç ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Milli Rieltorlar Assosiasiyasının açıqladığı məlumatlara görə, ikinci əl mənzil satışları iyul ayında 1,7 faiz azalaraq illik hesabla 4,06 milyon ədədə enib. Bu nəticə “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların orta proqnozu ilə uyğun olub.

Satışlar əvvəlki ayda da 1,4 faiz azalmışdı.

Satış göstəricilərinin aşağı səviyyədə qalması mənzil bazarında durğunluğun davam etdiyini göstərir. Hələ də yüksək olan mənzil qiymətləri və bu il artan borclanma xərcləri bir çox potensial alıcının bazardan kənarda qalmasına səbəb olur.

Davamlı canlanma üçün zəruri təkanın yaranmasını gözləyən ikinci əl mənzil bazarında satışlar 2022-ci ilin sonlarından etibarən illik 4 milyon səviyyəsi ətrafında ilişib qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram