Müəllif:Mehin Qasımova,Banco.az
Banco.az xəbər verir ki, Microsoft-un "Windows" lisenziyalarının qiymətini 7-10% artıracağı bildirilir.
Bu qərarın əsasən kompüter və noutbuk istehsalçıları üçün nəzərdə tutulan OEM lisenziyalarına təsir edəcəyi gözlənilir.
Qiymət artımının fonunda prosessor, RAM və yaddaş kimi komponentlərin də bahalaşması kompüterlərin istehsal xərclərini artırır. Noutbuk istehsalçılarından Framework də yeni cihazlarının qiymətinə təsir edən əsas amillər arasında Windows lisenziyasının bahalaşmasını göstərib.
Mütəxəssislər hesab edir ki, Microsoft-un yeni qiymət siyasəti xüsusilə büdcə və orta seqment noutbukların, eləcə də əvvəlcədən yığılmış masaüstü kompüterlərin qiymətlərinin artmasına səbəb ola bilər.
