C.Koreya bitkoin əməliyyatlarını qadağan etmək istəyir | Banco.az

C.Koreya bitkoin əməliyyatlarını qadağan etmək istəyir

Cənubi Koreya ölkədə bütün növ kriptovalyuta hesablaşmalarını qadağan etmək imkanlarını nəzərdən keçirir. "Report" "Koreatimes.co.kr" saytına istinadən xəbər verir ki, Koreya Mərkəzi Bankı bu qərarın qlobal kriptovalyuta "xəstəliyi"ni yumşaltmaq məqdsədi daşıyacağını bildirib.

"Bitkoinlə əməliyyatları maliyyə sövdələşməsi kimi görmürəm", - deyə Mmaliyyə xidmətləri üzrə Komissiyanın sədri Çoy Çon-ku bildirib. "Onlar institutsional hesablaşmalar deyil, ona görə də hökumətlər belə valyutalarla fyuçerslərə heç bir zaman icazə vermir", - deyə sədr əlavə edib. Hazırda onun rəhbərlik etdiyi Komissiya spekulyativ investisiyaların qarşısını almaq üçün bitkoinlə əməliyyatların qismən və hətta tam qadağasını nəzərdən keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, C.Koreya dünyanın ən iri bitkoin birjasının vətəni kimi tanınır. Bu ölkədə 1 mln. insanın bitkoin sahibi olduğu bildirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et