Müəllif: Gülnar Əhmədli, Banco.az
Deutsche Bank-ın “Mapping the World’s Prices 2025” araşdırmasında dünya şəhərlərində mənzil kirayələrinin 2020–2025-ci illərdə necə dəyişdiyi məlum olub.
Banco.az xəbər verir ki, araşdırmada şəhər mərkəzlərində yerləşən bir yataq otaqlı mənzillərin kirayə qiymətləri müqayisə edilib.
Nəticələrə görə, İstanbul kirayə qiymətlərinin artımı üzrə şəhərlər arasında ilk sırada yer alıb. Şəhərdə dollar ifadəsində kirayə qiymətləri 2020–2025-ci illərdə 178,5% artıb. Bu, araşdırmada yer alan şəhərlər arasında ən yüksək göstəricidir.
Kirayələrin ən çox artdığı 10 şəhər:
-
İstanbul – 178,5%
-
Buenos-Ayres – 118,3%
-
Ər-Riyad – 116,5%
-
Mexiko – 74,4%
-
Lissabon – 72,3%
-
Edinburq – 60,4%
-
Madrid – 59,1%
-
Sinqapur – 55,4%
-
Dubay – 53,9%
-
Barselona – 47,3%
Bizi sosial şəbəkələrdən izləyin!!
