AMB not hərraclarının sayını 39%-dən çox artırıb | Banco.az

AMB not hərraclarının sayını 39%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin I yarımili ərzində Azərbaycan Mərkəzi Bankı 92 not hərracı keçirib.

Banco.az bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 39,4% çoxdur.

AMB-nin not portfelinin ümumi həcmi dövrün sonuna 484 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin sonu ilə müqayisədə 113 mln. manat çoxdur.

Dövr ərzində qısamüddətli notların gəlirliliyində də azalma müşahidə olub. Belə ki, 2026-cı ilin iyun ayında keçirilən son hərraclarda formalaşan gəlirlilik ötən ilin sonu ilə müqayisədə bütün müddətlər üzrə enib. Belə ki, gəlirlilik 28 günlük notlarda 6.75%-dən 6.54%-ə, 84 günlük notlarda 6.68%-dən 6.49%-ə, 168 günlük notlarda 6.80%-dən 6.48%-ə, 252 günlük notlarda isə 6.85%-dən 6.50%-ə düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram