3 sığorta şirkətinin yığımları ödənişlərini 10 dəfədən çox üstələyib | Banco.az

3 sığorta şirkətinin yığımları ödənişlərini 10 dəfədən çox üstələyib

2018-ci ilin yanvar-mart ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb.

2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanmış, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılmışdır.

Qeyd edək ki, həmin sığorta şirkətlərindən 3-nün topladığı sığorta yığımları etdikləri sığorta ödənişlərini 10 dəfədən çox üstələmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, “İpək Yolu Sığorta”nın yığımları 6,601 mln. manat olduğu halda ödənişləri 326 min manat olub, beləliklə, yığımlar ödənişləri 20 dəfədən çox üstələyib. “Meqa Sığorta”nın ödənişləri 623 min manat, yığımları isə bundan 16 dəfə çox, 10,121 mln. manat olub. Bir digər sığorta şirkəti isə “Qala Sığorta” olub. “Qala Sığorta”nın yığımları 3,699 mln. manat, ödənişləri isə ondan 14 dəfə az 262 min manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et