Sentyabrın 24-ü tarixinə Azərbaycan banklarının nağd əməliyyatlar üzrə valyuta məzənnələri.
ABŞ dolları üçün ən yüksək alış Amrahbankdadır, ən aşağı satış bir sıra bankda eyni səviyyədədir.
Sentyabrın 24-ü tarixinə Azərbaycan banklarının nağd əməliyyatlar üzrə valyuta məzənnələri.
ABŞ dolları üçün ən yüksək alış Amrahbankdadır, ən aşağı satış bir sıra bankda eyni səviyyədədir.
Yanvar-avqust aylarında ölkəyə 198 min 497 ton meyvə-tərəvəz idxal edilib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 119 milyon 632 min dollar olub.
Xatırladaq ki, ötən ilin 8 ayında ölkəyə 103 milyon 134 min dollarlıq 187 min 206 ton meyvə-tərəvəz idxal edilib.
Dünən baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclasda "Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında" məsələ müzakirə olunub.
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Peşəkar mühasib” hazırlıq kursu çərçivəsində ikinci modul üzrə iştirakçı qəbulunu elan edir. Bu modul Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında maliyyə hesabatlarının hazırlanmasını (F7) əhatə edir. Qeyd etmək lazımdır ki, mühasibat uçotunun beynəlxalq standartları əsasında uçotun aparılması (F3) üzrə ilkin və praktiki biliklərə malik olan şəxslərin kursda iştirakı tövsiyə olunur.
Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il ənənəvi qaydada təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 23-26sentyabr tarixində Londonda keçirilir. Əvvəlki illərdə olduğu kimi Azərbaycan Beynəlxalq Bankı bu il də SIBOS sərgi-konfransına qatılıb. Bankı bu beynəlxalq tədbirdə Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.
Dünyanın müxtəlif ölkələrinə səfər etmək daha rahat və sərfəli oldu! PAŞA Bank Miles&Smiles World Elite kartının sahibləri ölkə xaricinə səfər etdikdə səyahət sığortasını hədiyyə alırlar. Üstəlik bu üstünlükdən təkcə kart sahibləri deyil, həm də onların ailə üzvləri faydalana bilər.
Dünyanın ən qədim səyahət və turizm konserni “Tomas Kuk”un (Thomas Cook) iflasa uğraması hazırda məzuniyyətdə olan 15 minədək avstriyalının geri dönüşünü çətinləşdirib.
Avrozonadan böhran xəbərlərinin avronun ucuzlaşmasına təsir etməsi və FED-in faiz azaldılması ehtimallarının qızılı bahalaşdırması diqqət mərkəzindədir.
Kapital Bank 23-26 sentyabr tarixlərində Londonda keçirilən ənənəvi SIBOS – 2019 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
Ölkənin Ədliyyə Nazirliyinin mətbuat ofisinin açıqlamasında bildirilib ki, Prezident Şevket Mirziyoyev Qaşqadərya şəhərində Çıraqçı Sərbəst İqtisadi Zonasının yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, zonada əlavə dəyəri yüksək olan, müasir texnologiyalarla işləyəcək və ixracat yönümlü istehsal müəssisələrinin açılması təşviq olunacaq. Bu müəssisələrə yerli və xarici sərmayələrin cəlb edilməsi nəzərdə tutulur.