Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.
"Bank vaxtı"nda bu dəfə "Rabitəbank"-ın marketinq üzrə meneceri Rəşad Cümşüdovla birgə "Rəqəmsal maliyyə xidmətləri" mövzusunda müzakirələr aparılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə "Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması" mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə mövzusu olunacaq.
Hesablama metodu ilə uçot aparan istehsal müəssisəsi ilə bağlı müəyyən suallar yaranır. Bu suallardan biri belədir ki, 2018-ci ildə hazır məhsulun istehsal edilməsinə 200 min manat xammal və material, istehsal prosesinə cəlb edilmiş işçilərin əməkhaqqına (o, cümlədən sosial sığorta) 50 min manat, istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiyasına 20 min manat və istehsal binası ilə bağlı sair məsrəflərə (icarə, kommunal, mühafizə və s.) 30 min manat xərclənib.
Bu gün Bakıda Sosial Tədqiqatlar Mərkəzinin "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" mövzusunda konfrans və "stm.az" saytının təqdimatı keçirilib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF – Azerbaijan Deposit Insurance Fund) mərkəzləşdirilmiş multibank və kreditlərin yığımı sisteminin təkmilləşdirilməsi üzrə işlər aparır.
Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərliyi altında nümayəndə heyəti Moskvada işgüzar səfərdədir. Səfərdə məqsəd sentyabrın 24-27-də Moskva Beynəlxalq Qida Sərgisində iştirak etməkdir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, sərgidən əvvəl, sentyabrın 23-də Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndə heyəti Hindistan Qida istehsalçılarının ənənəvi forumuna qatılıb.
"Kommersant" qəzetinin yazdığına görə, Rusiya Federasiyası ilə Belarus Respublikası 2021-ci ildə vahid Vergi Məcəlləsinə keçməyi, enerji bazarında vahid tənzimləyici orqan yaratmağı, gömrük siyasətini birləşdirməyi, eləcə də bank və valyuta nəzarətini bir araya gətirməyi planlaşdırır. Bu müddəalar ikitərəfli fəaliyyət proqramında qeyd edilib və hər iki tərəfin baş nazirləri tərəfindən əsasən razılaşdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Qarabağ müharibəsi əlillərinə daha 47 avtomobil təqdim edib. Bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar proqramından danışıb.
“Azimut” aviaşirkəti dekabr ayından Rostov-Bakı reysi ilə uçuşlar həyata keçirəcək.
Bu barədə Rusiya mətbuatı xəbər verir.