Avropada elektrikli avtomobil satışları 60 faizdən çox artıb | Banco.az

Avropada elektrikli avtomobil satışları 60 faizdən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada elektrikli avtomobil satışları 60 faizdən çox artıb.

Banco.az xəbər verir ki, Avropada tam elektrikli avtomobillərin (BEV) satışları oktyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 60 faizdən çox artıb. Hökumətlərin alış təşviqləri, neft qiymətlərinin yüksək olması və daha münasib qiymətli modellərin geniş yayılması istehlakçıların elektrikli avtomobillərə marağını artırıb.

“E-Mobility Europe”, “New Automotive” və “Fier Automotive” şirkətlərinin çərşənbə günü açıqladığı məlumatlara görə, Avropanın 18 əsas bazarında oktyabr ayında satılan avtomobillərin təxminən üçdə birini tam elektrikli modellər təşkil edib.

Oktyabrda 295 min 252 elektrikli avtomobil satılıb. Tam elektrikli avtomobillərin bazar payı 32,1 faizə çatıb.

İlin əvvəlindən bəri satılan elektrikli avtomobillərin sayı isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artaraq 2,33 milyona yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram