Banco.az | Tezliklə

PWC 2050-ci ilə qədər qlobal iqtisadi artıma dair proqnozlarını açıqlayıb

2050-ci ilə qədər dünyanın 7 inkişaf etməkdə olan ölkəsi - Çin, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika və Türkiyə (E7 ölkələri) qlobal iqtisadiyyada payını indiki 35%-dən 50%-ə çatdıracaq.

Bu proqnozla Böyük 4-lüyə daxil olan PWC audit şirkəti çıxış edib.

Azərbaycanca

Milli Məclisdə "Azad İqtisadi Zona haqqında" Qanunda dəyişikliklər müzakirə olunub

Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirib ki, gündəliyə "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi daxil edilib.

Azərbaycanca

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 700 milyon dollardan çox olub

Cari ilin 8 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Qazaxıstan olub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 2 milyard 714 milyon 88 min ABŞ dolları, İranla 367 milyon 617 min dollar, Qazaxıstanla isə 168 milyon 273 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni aylarına nisbətən artıb.

Azərbaycanca

PAŞA Bank artıq 10-cu dəfədir ki, SIBOS Beynəlxalq Bank Forumunda iştirak edir

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, bu gün işinə başlayan SIBOS 2019 41-ci Beynəlxalq Bankçılıq Forumu və Maliyyə Sənayesi sərgisində iştirak edir.

Azərbaycanca

Hüsniyə Məhərrəmova “Həyatın Yaşam Sığortası”nı seçdi

Sevdiklərimiz üçün nələr edərik? Hüsniyə Məhərrəmova “Həyatın Yaşam Sığortası”nı seçdi. Bəs siz?

Video çarx ilə tanış ola bilərsiniz:

Azərbaycanca

Beş ildən sonra ARDNF-in aktivləri 44 milyard dollara çatacaq

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 2024-cü ilin yekunlarına görə 43,942 mlrd. ABŞ dollarınadək artacağını proqnozlaşdırır. 2019-cu ilin sonuna ARDNF-in aktivləri 40,986 mlrd. dollar, 2020-ci ildə – 42,421 mlrd. dollar, 2021-ci ildə – 43,361 mlrd. dollar, 2022-ci ildə – 43,746 mlrd. dollar, 2023-cü ildə isə 43,883 mlrd. dollar təşkil edəcək.

Azərbaycanca

Məşğul əhalinin sayı artıb

İlkin məlumatlara əsasən 2019-cu il sentyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il avqustun 1-nə ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 180,1 min nəfər təşkil edib.

Azərbaycanca

Azərbaycanda daha bir həyat sığortası şirkəti yaradılıb

Vergilər Nazirliyi “Meqa Həyat Sığorta” ASC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkət “Meqa Sığorta” ASC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.

Azərbaycanca

Bu il Azərbaycanda qeyri-neft ÜDM-in 3 faizə yaxın artacağı proqnozlaşdırılır

Azərbaycanda 2020-ci ildə ÜDM-in artım tempi 2,1 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »