Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya qaz 2020-ci ilin III rübündə çatdırıla bilər. Bu barədə TAP-ın icraçı direktoru Luka Şipati İtaliya enerji sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, TAP bu hökumət (İtaliya) üçün prioritetdir: "Hazırkı hökumət dünən müddəti bitən Ətraf Mühitə Təsirlə bağlı sənədi yeniləyib. Beləliklə, biz işimizə davam edə bilərik.
Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri vasitəsilə İtaliyaya 2020-ci ilin III rübündə çatdırıla bilər