Banco.az | Tezliklə

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1.851,7 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz çoxdur. Ötən dövr ərzində ölkədə hava nəqliyyatı ilə sərnişin daşımalarının 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Azərbaycanca

Avtomobillərin texniki baxışdan keçirilməsinə görə rüsum artırılır

Nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu artırılır.

Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Azərbaycanca

Milli Məclisin ilk plenar iclasının gündəliyi məlum oldu

Azərbaycan Milli Məclisinin payız sessiyasının sentyabrın 30-da keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə 20 məsələ daxildir.

Azərbaycanca

Dünya Bankı Azərbaycana 100 mln. dollar kredit ayırmağı PLANLAŞDIRIR

Dünya Bankı (DB) məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 mln. məbləğində kredit ayıra bilər.

Azərbaycanca

“Renessans Palace” “ Mənim evim, … mənim Vətənimdir” adlı böyük konsert tədbiri ilə sakinlərini ətrafına yığdı

“Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim, … mənim Vətənimdir” tədbirlə sakinlərinin ixtiyarına verildi. Kompleksin geniş həyətində keçirilən konsertdə Azərbaycanın ziyalıları, tanınmış memarları media ve mədəniyyət simaları iştirak edərək “Renessans Palace”ın memari özəllikləri, şəhərə qatdığı əlavə gözəllik barədə öz müsbət fikirlərini bildiriblər.

Azərbaycanca

Azərbaycanda alüminium külçə qəliblərinin istehsalına başlanılıb

“Azəralüminium” MMC Azərbaycanda alüminium sənayesinin idxaldan asılılığını aradan qaldırmaq yönümündə tədbirlər çərçivəsində əlverişli kooperasiya əlaqələri yaradaraq, ölkəmizə idxal olunan alüminium külçə qəliblərinin istehsalına başlayıb. 

Azərbaycanca

“AFB Bank”-dan “Müəllim” kampaniyası

Müştərilərinə hər zaman sərfəli kampaniyalar ilə dəstək olan AFB Bank, bu dəfə xüsusi endirimli “Müəllim” kampaniyasına start verir. 5 Oktyabr Beynəlxalq müəllimlər gününə həsr edilmiş kampaniya 23 sentyabr-15 oktyabr tarixlərini əhatə edəcək.

Azərbaycanca

Etibarnamə ilə avtomobil almaq təhlükəlidirmi? - MÜSAHİBƏ

Avtomobillərin nisbətən rahat, komfortlu, sürətli olması maşın bazarına təlabatı günü-gündən artırır. Müəyyən qədər maddi baza toplamaq istədiyiniz modeldə olan avtomobili əldə etməyinizi asanlaşdırır. Hazırda ölkəmizdə avtomobil sahibi olmaq üçün kifayət qədər sərfəli imkanlar var. Bunu müxtəlif formalarda gerçəkləşdirmək mümkündür: birbaşa ödənişi tam şəkildə ödəyərək, kreditə götürərək, etibarnamə ilə və s.

Azərbaycanca

AccessBank-dan daha bir yenilik - CAVABSIZ SUAL QALMAYACAQ!

AccessBank bank sektorunda yeniliklərə imza atmağa davam edir! Bu yeniliklə heç bir sualınız cavabsız qalmayacaq!

Biznesin dostu adını qazanmış AccessBank sentyabr ayının 23-dən etibarən "Vergi məsləhətçisi" xidmətini istifadəyə verir.

Azərbaycanca

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əməkhaqqı verir, əməkhaqqı məbləği 8.000 manatdan az olduğuna görə ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyində vergi tutulmadığı üçün Vergi Məcəlləsinin 150.3.3.3-cü maddəsinə əsasən, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikmi? 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »