Banco.az | Tezliklə

Cari ildə 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyi "Prezidentin sosial və kadr islahatları ictimai rəydə" mövzusunda konfransda çıxış edib. Bildirib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb: "Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da bir milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir.

Azərbaycanca

Mərkəzi Bankın valyuta ehtiyatlarına dair yeni proqnoz

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan Mərkəzi Bankının (AMB) 2019-2024-cü illər üzrə valyuta ehtiyatlarına dair proqnozlarını yeniləyib.

Azərbaycanca

Bu həftə “Kremençuq” neft emalı zavodu 80 min ton Azərbaycan nefti tədarük edəcək

Ukraynanın “Ukrtatnafta” şirkəti sentyabr-oktyabr aylarında idxal neftinin alışını ikiqat artıraraq aylıq 300 min ton həcminə çatdırmağı planlaşdırır.

Bu barədə şirkətin İdarə Heyətinin sədri Pavel Ovşarenko bildirib.

Azərbaycanca

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

İclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub.

Azərbaycanca

Ən Çox Aktivləri Olan Bank Hansıdır?

Banco.az-ın hazırladığı növbəti çox maraqlı videonu izləməyə dəvət edirik. Bankların aktivlər yarışını bizim videoda izləyə bilərsiniz. 
2016-2019-cu illəri əhatə edən məlumatlar bankların aktivlərinin göstəriciləri əsasında hazırlanıb.

Azərbaycanca

Fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması

Fərdi yaşayış evlərini dövlət reyestrində qeydiyyata almaq istəyən şəxslər sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq ofislərinə təqdim edə bilərlər. Komitədən bildirilib ki, qeydiyyata alınma ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində o cümlədən, əvvəlcədən elan edilməklə müxtəlif kənd və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir.

Azərbaycanca

TAP layihəsi üzrə işlərin 90 faizi icra olunub

Bu ilin sonunadək Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstana çatdırılacaq. Bu barədə TAP-ın icraçı direktoru Luka Şiyeppati (Luca Schieppati) bildirib. Onun sözlərinə görə, TAP-ın Yunanıstan hissəsi artıq bu ilin noyabr ayında qazla doldurulacaq və burada sınaq işləri aparılacaq. Bundan sonra, artıq 2020-ci ilin əvvəllərində, Azərbaycan qazı Albaniya ərazisinə daxil olacaq.

Azərbaycanca

“Meqa Sığorta”ya yeni səhmdarlar cəlb olunub

“Meqa Sığorta” ASC-nin səhmlərinin 19%-nə nəzarət edən Fərəh Məmmədova payını satıb.

Onun payını şirkətə yeni cəlb olunmuş səhmdarlar Faiq Şahəliyev (10%) və Yaşar Əliyev (9%) alıb.

Azərbaycanca

Bank VTB (Azərbaycan) Recycling funksiyası ilə olan bankomatın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Azərbaycanca

Vergidən azad edilmiş gəlirlərin (xərclərin) uçotu

Vergi ödəyicisinin vergidən azad edilmiş gəlirlərinin (xərclərinin) uçotunu aparmaq öhdəliyi varmı?

Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin, o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »