İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 24-də Pirallahı rayonunda keçirdiyi işgüzar forumda Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, kreditlər əkinçilik, quru süd istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması və sair sahələrə yönəldiləcək, 60-dan çox iş yerinin açılması imkanı yaradacaq.
Paytaxt sahibkarlarına 2,6 milyon manat güzəştli kredit verilib