Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 828 138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 138,07 min dollar və ya 23,77% çoxdur.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi dəyəri 1 828 138,37 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 351 138,07 min dollar və ya 23,77% çoxdur.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 749,132 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 195,409 milyon dollar (35,3%) çoxdur.
Azərbaycanda süni intellektin tətbiqinin əks etdirən qlobal indeksdə 64-cü yerdədir.
Məlumata görə, ölkəmiz bu baxımdan qonşu Gürcüstanı (76-cı yer), Ermənistanı (81-ci yer) və İranı (72-ci yer) qabaqlayıb.
Azərbaycanda xüsusi ali və orta ixtisas təhsil müəssisələri istisna olmaqla, dövlət və özəl ali təhsil müəssisələri, eyni zamanda orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar barədə məlumatlar yeni yaradılacaq məşğul şəxslər barədə reyestrə daxil ediləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab olaraq bildirilib.
2019-cu ilin ötən səkkiz ayı ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 5.572 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4.129 məktub araşdırılaraq cavablandırılıb.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökümət həlləri müzakirə mövzusu olunacaq.
Ölkə bankları arasında davamlı olaraq həyata keçirdiyi sosial layihələrlə fərqlənən Bank Respublika, daha bir fərqli və xeyirxah layihəyə imza atıb. Bank bu dəfə “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi ilə birgə fiziki məhdud uşaqlar üçün “Mən də bacararam!”adlı sosial layihə həyata keçirib.
Azərbaycanın əmanətlərin sığortalanması sistemi regional çərçivədə müsbət praktika kimi qiymətləndirilir. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasi müzakirələrdə iştirak edən Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən deyib.
Səudiyyə Ərəbistanının dron hücumlarından sonra dayannmış istehsalını bərpa etmək məsələsində irəliləyiş qeyd etdiyi bildirilib. Bu xəbərlər neft qiymətlərinin düşməsinə səbəb olur.
Yenə də krallığın Sentyabr ayının sonuna qədər istehsalı əvvəlki səviyyəyə çatdırıb-çatdırmayacağı qeyri-müəyyənliyini qoruyur.
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar geriləyərək 64,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 58,33 dollar təşkil edib.