Banco.az | Tezliklə

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı artıb

Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 6 min barel artaraq 755 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu həcmin 683 min barelini xam neft, 72 min barelini kondensat təşkil edib.

Azərbaycanca

15 milyon dollar qazanacaqlar – SOCAR İstiqrazlarının sahibləri

Ölkəmizin kapital bazarlarında vətəndaşlarımız üçün alternativ investisiya imkanlarıtəqdim edənSOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutacaq 12-ci faiz ödənişi ilə birlikdə sahiblərinənövbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandıracaq və bununla da,istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksələcək.

Azərbaycanca

Kapital Bank Beynəlxalq Təhsil Sərgisinin rəsmi tərəfdaşıdır

Kapital Bank 10–12 oktyabr 2019-cu il tarixlərindəTəhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin(“EduExpo”)  rəsmi tərəfdaşıdır. Bu ilki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır.

Azərbaycanca

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları böyükdür

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Elm, Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Şahin Mustafayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq əməkdaşlığımızın uğurla inkişaf etdiyini, ölkələrimiz arasındakı əlaqələrin strateji səviyyədə olduğunu deyib.

Azərbaycanca

Avro, funt və neft bahalaşmaqda davam edə bilər

Breksit və ABŞ-Çin ticarət danışıqlarına dair verilən müsbət şərhlər, avro, funt və neftin bahalaşmaqda daha da davam edə biləcəyinə əsas verir.

 

EUR, GBP və Brentdə bahalaşma

Azərbaycanca

Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,71% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,58 dollar təşkil edib.

Azərbaycanca

Azərbaycanda turoperatorların gəlirləri ÇOXALIB

Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.

2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb.

Azərbaycanca

Dünya bazarlarında neft bahalaşıb - QİYMƏT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,49% artaraq 1 barelə görə 59,39 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,52% artaraq 53,83 dollar təşkil edib.

Azərbaycanca

Ötən il Azərbaycanda 3 min 166,8 hektar SOYA ƏKİLİB

2018-ci ildə Azərbaycan ərazisində 3166,8 hektar sahədə soya bitkisi əkilib.

İl ərzində soya bitkisi ən çox Ağcəbədi rayonunda əkilib. Rayon ərazisində 2 min 113 hektar ərazidə soya bitkisi yetişdirilib.

Azərbaycanca

Tramp: "ABŞ Türkiyəyə qarşı sərt sanksiyalar TƏTBİQ EDƏ BİLƏR"

ABŞ Prezidenti Donald Tramp, Suriyanın şimal-şərqində Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatı ilə əlaqədar ABŞ-ın üç variantının olduğunu bəyan edib.

Bu barədə Amerika lideri özünün “Twitter” hesabında yazıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »