Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonaya investorların inamı iyun ayında artıb.
Banco.az xəbər verir ki, bazar araşdırmaları aparan Frankfurtda yerləşən “Sentix” təşkilatı iyun ayı üzrə Avrozona Ümumi İnvestor Güvəni İndeksinin göstəricilərini açıqlayıb.
Məlumatlara görə, may ayında mənfi 16,4 bənd olan indeks iyunda 3 bənd artaraq mənfi 13,4 bəndə yüksəlib. Bazar iştirakçıları indeksin bu ay mənfi 14,6 bənd səviyyəsində olacağını gözləyirdilər.
İnvestorların qarşıdakı 6 aya dair gözləntilərini ölçən Proqnozlar İndeksi mənfi 11,3 bənddən mənfi 6,5 bəndə yüksəlib. Cari Vəziyyət İndeksi isə mənfi 21,5 bənddən mənfi 20 bəndə çatıb.
“Sentix”in açıqlamasında qeyd olunub ki, “İranda baş verən müharibənin təsirləri və xam neft qiymətlərindəki kəskin artımın səbəb olduğu 2026-cı ilin mart və aprel aylarındakı ciddi iqtisadi geriləmədən sonra “Sentix” iqtisadi indeksləri ardıcıl ikinci ay da bərpa prosesini davam etdirib. Nəticədə iqtisadiyyatda ciddi yavaşlama baş verəcəyi ilə bağlı narahatlıqlar nəzərəçarpacaq dərəcədə azalıb.”
Bizi sosial şəbəkələrdən izləyin!!
