Çində avtomobil satışları azalır | Banco.az

Çində avtomobil satışları azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində avtomobil satışları azalır, ixrac isə artır.

Banco.az xəbər verir ki, Çində daxili bazarda avtomobil satışları Yaxın Şərqdəki müharibənin neft qiymətlərində yaratdığı artımın təsirlərinin davam etməsi fonunda may ayında da azalma meylini qoruyub.

Çin Minik Avtomobillər Assosiasiyasının (CPCA) məlumatlarına görə, ölkədə 2026-cı ilin may ayında ümumilikdə 1,53 milyon avtomobil satılıb.

Avtomobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 22,3 faiz azalıb.

Beləliklə, Çində avtomobil satışlarındakı geriləmə ardıcıl olaraq səkkizinci ayına çatıb. İlin ilk beş ayında ümumi satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz azalaraq 7,18 milyon ədədə enib.

“CPCA” həmçinin 2026-cı il üzrə satış proqnozunu aşağı istiqamətdə yeniləyib. Qurum daha əvvəl 1 faiz səviyyəsində qiymətləndirdiyi daralma gözləntisini 11 faizə yüksəldib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram