Mayda bərpa olunan enerji mənbələrinin payı 33 % olub | Banco.az

Mayda bərpa olunan enerji mənbələrinin payı 33 % olub

Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.

Banco.az bu barədə Energetika Nazirliyi xəbər verir.

Məlumata görə, ötən ay 2 milyard 83,4 milyon kVt·st aqelektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt·st-ı bərpa olunan mənbələr hesabına təmin olunub.

Ay ərzində Naxçıvanda elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.