Avropa İttifaqı (Aİ) polad sənayesini qorumaq üçün vacib addım atır | Banco.az

Avropa İttifaqı (Aİ) polad sənayesini qorumaq üçün vacib addım atır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) polad sənayesini qorumaq üçün vacib addım atır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı Şurası üzv ölkələrin nümayəndələrinin İttifaqın polad sənayesini qlobal istehsal gücü artıqlığından qorumaq məqsədilə hazırlanmış tədbirləri təsdiqlədiklərini açıqlayıb.

Qərara əsasən, qlobal polad sənayesindəki artıq istehsalın Aİ bazarına mənfi təsirlərini məhdudlaşdırmaq üçün tarif kvotası sistemi yenidən tənzimlənəcək. Bu çərçivədə idxal kvotaları azaldılacaq, müəyyən edilmiş həddi aşan idxala isə daha yüksək gömrük rüsumları tətbiq olunacaq. Aİ-yə rüsumsuz polad idxalı ildə 18,3 milyon tonla məhdudlaşdırılacaq.

Aİ-nin rüsumsuz polad idxalı üzrə kvotaları 2024-cü ilin səviyyəsi ilə müqayisədə təxminən 47 faiz azaldılacaq. Kvotanı aşan idxala tətbiq edilən gömrük rüsumu isə 25 faizdən 50 faizə yüksəldiləcək.

Bundan əlavə, poladın mənşəyinin ilk dəfə əridildiyi və töküldüyü yerə əsasən müəyyənləşdirilməsini nəzərdə tutan “əridilmə və tökülmə” qaydası da tətbiq olunacaq.

Yeni tənzimləmə 1 iyul tarixindən qüvvəyə minəcək.

Polad müdafiə sənayesi də daxil olmaqla strateji əhəmiyyət daşıyan bir çox sahədə istifadə edildiyinə görə Aİ iqtisadiyyatı üçün əsas məhsullardan biri hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram