Almaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkənin 5-ci nəsil kabelsiz mobil texnologiya (5G) bazarına daxil olmasına icazə vermək qərarına gəlib.
“Huawei” Almaniyanın 5G bazarına daxil ola biləcək
Almaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkənin 5-ci nəsil kabelsiz mobil texnologiya (5G) bazarına daxil olmasına icazə vermək qərarına gəlib.
“Azərbaycan Beynəlxalq Bankı” müştərilərə verilmiş kreditlərin tərkibi barədə bəzi məlumatları açıqlayıb.
Rusiya ilə Səudiyyə Ərəbistanı iyul ayında imzalanmış OPEC+ uzunmüddətli əməkdaşlıq xartiyasını oktyabrın 14-də imzalayacaqlar.
Bu barədə Rusiya prezidentinin Səudiyyə Ərəbistanına dövlət səfəri çərçivəsində keçirilən ikitərəfli sərmayə forumundakı çıxışında Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin özəlləşdirilməsi prosesində iştirak etmir.
Bunu açıqlamasında IFC Avropa və Mərkəzi Asiya üzrə direktoru Vibki Şlomer (Wiebke Schloemer) deyib.
Azərbaycanın qablaşdırılmış kənd təsərrüfatı məhsulları xarici bazarlara yeni marka ilə çıxarılacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova qeyd edib ki, hazırda səhmdar cəmiyyət MDB dövlətləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Türkiyəyə məhsullar ixrac edir. Buraya meyvə və giləmeyvə, quşçuluq məhsulları daxildir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının iclasında çıxışı zamanı son 2 ildə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, son illərdə parlament bu sahədə bir sıra sənədlər qəbul edib: "Ölkədə ciddi pensiya islahatları aparmışıq, pensiya yaşı 65 yaşa qaldırılıb.
Rusiyanın Sənaye-Ticarət Nazirliyi 2021-ci ildən bütün ölkə ərazisində "Tax free" sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Məlumata görə, sənəd qonşu ölkənin normativ-hüquqi aktların layihələri ilə bağlı federal portalında dərc edilib.
"Hazırda Azərbaycan əhalisi xarici elektron ticarət platformalarından istifadə edir, amma yerli platformaların inkişafı dövlət qurumlarının diqqətində olmalıdır". Bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron ticarətin inkişafı vahid sənəd çərçivəsində həyata keçiriləcək: "Bunun üçün zərurət yaranıb.
Avstriyanın Alp dağları xizək və ya snoubortla sürüşməyi sevənlər üçün ideal məkan sayılır. Bununla belə, bu cəlbedicilik müəyyən problemlər də yaradır. Hər il ölkədə 150 min sürüşmə həvəskarı sümük sınığı və digər xəsarətlərlə Avstriya xəstəxanalarına yerləşdirilir. Buna görə də hökumət turistlərdən "gips vergisi" deyilən ödəniş tutmağı qərara alıb. Bu ödəniş otel və pansionatların sahibləri tərəfindən yığılır.
“Naxçıvanbank” ASC 2019-cu ilin 9 ayını 4 milyon 404 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 9 ayını 4 milyon 431 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank” ASC-nin xalis mənfəəti cüzi azalıb (27 min manat). Bankın biznes fəaliyyətinin nəticəsini daha dəqiq əks etdirən əməliyyat mənfəəti isə xərclərin artması ilə əlaqədar olaraq daha çox azalıb.