ABŞ-da istehlakçıların inflyasiya gözləntiləri azalıb | Banco.az

ABŞ-da istehlakçıların inflyasiya gözləntiləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlakçıların inflyasiya gözləntiləri azalıb.

Banco.az xəbər verir ki, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntisi may ayında 3,5 faizə enib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsi may ayı üzrə İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.

Təxminən 1 300 ev təsərrüfatının iştirak etdiyi sorğunun nəticələrinə görə, qarşıdakı 12 ay üçün median inflyasiya gözləntisi əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi azalaraq 3,5 faiz səviyyəsinə düşüb.

İstehlakçıların ortamüddətli inflyasiya gözləntisi 3,1 faiz səviyyəsində dəyişməz qalıb. Uzunmüddətli inflyasiya gözləntisi də dəyişməyərək 3 faiz səviyyəsində sabitləşib.

Sorğunun nəticələri əmək bazarı ilə bağlı gözləntilərdə müəyyən zəifləmənin müşahidə olunduğunu göstərib. Bu mənzərənin formalaşmasında işdən çıxarılma ehtimalı ilə bağlı gözləntilərin artması və yeni iş tapmaq imkanları ilə bağlı gözləntilərin azalması əsas rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram