Banco.az | Tezliklə

Banklar 2020-ci ilin ilk rübünü necə başa vurdu?

Banklar hər rüb maliyyə hesabatları açıqlayır ki, bu hesabatlarda göstərilən rəqəmlər bankın rüb ərzində necə xidmət göstərdiyini ifadə edir. Eyni zamanda, bu göstəricilər həm müştərilərdə, həm investorlarda bankın fəaliyyəti haqqında  təsəvvür yaradır. Bu səbəbdən banklar bu göstəricilərin müsbət istiqamətdə dəyişməsində (bu artma və ya azalma ola bilər) daim rəqabət aparırlar.

Azərbaycanca

Kredit portfelinə görə banklar (31.03.2020) - Yenilənir

Müştərilərə verdikləri kreditlərə görə bu rüb maliyyə hesabatlarını elan edən banklar sırasında Azərbaycan Beynəlxalq Bankı liderliyi ələ keçirib. Belə ki, onun birinci rüb üzrə verdiyi kreditlərin cəmi 2,4 milyard manatı ötüb. Növbəti yerdə isə 400 milyon manat fərqiylə Kapital Bank gəlir. Ən az kredit verən bank isə Pakistan Bankının filialıdır. Bu bank bu rüb ərzində yalnız 893 min manat kredit verib. 

Azərbaycanca

Depozit portfelinə görə banklar (31.03.2020) - Yenilənir

 

2020-ci ilin birinci rübündə bankların depozitlərinin həcminə görə Azərbaycan Beynəlxalq Bankı 5,3 milyard manatla öz birinciliyini qoruyub saxlayıb. Növbəti yerləri isə 3,4 milyardla PAŞA Bank və 3,3 milyard manatla Kapital Bank tutur. 

Siyahı bankların maliyyə hesabatları açıqladıqca yenilənir.

Azərbaycanca

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib

27 aprel 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilmişdir. İclasın gündəliyində duran əsas məsələ 23.04.2020-ci il tarixdə Azәrbaycan Respublikası Mәrkәzi Bankının (AMB) İdarә Heyәti tərəfindən qəbul edilmiş, koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə 16 saylı qәrarın tətbiqi mexanizminin müzakirəsi olmuşdur.

Azərbaycanca

Sabahın rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dolların aprelin 28-nə olan məzənnəsini açıqlayıb.

Aprelin 28-dən etibarən Mərkəzi Bank tərəfindən ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

"Yelo Bank müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək" - Bank sədri

Yelo Bank 2020-ci ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb.

Ötən ilin birinci rübü ilə müqayisədə bankın aktivləri 11.5% artaraq 471.555 milyon manata çatıb.

Azərbaycanca

Milli Məclisdə vergi güzəştləri müzakirə olundu

Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.

Komitə sədri Tahir Mirkişili bildirdi ki, gündəliyə 6 məsələ daxil edilib. Komitə sədri diqqətə çatdırdı ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir.

Azərbaycanca

Aktivlərinə görə bankların reytinqi (31.03.2020) - Yenilənir

2020-ci ilin ilk rübü üçün maliyyə hesabatlarını açıqlayan bankların aktivlərinə görə Azərbaycan Beynəlxalq Bankı 8,9 milyard manatla ilk yerdə durur. Bu göstərici təqribən növbəti iki bankın aktivlərinin cəmi qədərdir. Bu siyahının sonuncusu isə 13 milyon manatla Pakistanın Milli Bankının filialıdır.

Azərbaycanca

Sahibkarların fərdi inkişafı üçün videotəlimlər başlandı

Azərbaycan Beynəlxalq Bankının “Sahibkarlar Klubu” iş adamları üçün videotəlimlər layihəsinə start verir. Klubun təqdim etdiyi silsilə videotəlimləri izləməklə gündəlik fəaliyyət zamanı sahibkarlar üçün faydalı bilik və məlumatlar əldə etmək olar.

Azərbaycanca

Müvəqqəti inzibatçı təyin edilən 4 bank bağlanacaq?

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilən “Atabank”, “AGBank”,  “NBCBank” və “Amrah Bank”la bağlı daha bir məlumat yayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »