Almaniyada iqtisadi inam indeksi artım göstərib | Banco.az

Almaniyada iqtisadi inam indeksi artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada iqtisadi inam indeksi artım göstərib.

Banco.az xəbər verir ki, Almaniyada “ZEW Institute” tərəfindən açıqlanan iqtisadi gözləntilər indeksi may ayında mənfi 10,2 səviyyəsində olduğu halda, iyun ayında 10,5 bəndə yüksəlib.

Bu göstərici “Bloomberg”in sorğusunda iştirak edən analitiklərin mənfi 5,5 səviyyəsində olan orta proqnozunu əhəmiyyətli dərəcədə üstələyib. Cari vəziyyət indeksi isə mənfi 77,8-dən mənfi 81-ə enib.

“ZEW”in prezidenti Axim Vambax açıqlamasında bildirib: “Maliyyə bazarı mütəxəssisləri İran ətrafındakı münaqişənin başa çatmaq üzrə olduğunu düşünürlər. Bu vəziyyət enerji qiymətləri və inflyasiya üzərindəki ciddi təzyiqi azaldacaq, enerji tutumlu sahələrə və ev təsərrüfatlarına fayda verəcək, həmçinin daxili tələbi gücləndirəcək”.

Yaxın Şərqdə davam edən münaqişənin Almaniya iqtisadiyyatının uzun illər davam edən durğunluqdan sonra kəskin bərpa olunması ehtimalını zəiflətməsi fonunda, ölkə iqtisadiyyatının 2026-cı ildə aşağı artım tempi nümayiş etdirəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram