“SpaceX” süni intellekt şirkəti olan “Anysphere”ni satın alır | Banco.az

“SpaceX” süni intellekt şirkəti olan “Anysphere”ni satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SpaceX” süni intellekt şirkəti olan “Anysphere”ni satın alır.

Banco.az xəbər verir ki, İlon Maskın kosmos, aviasiya və süni intellekt sahələrində fəaliyyət göstərən “SpaceX” şirkəti süni intellekt dəstəkli proqramlaşdırma aləti “Cursor”un yaradıcısı olan “Anysphere” şirkətini 60 milyard dollar dəyərində qiymətləndirmə əsasında satın almaq barədə razılığa gəldiyini açıqlayıb.

Şirkət sözügedən satınalma əməliyyatı ilə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına bildiriş təqdim edib.

Bildirişdə qeyd olunub ki, razılaşma çərçivəsində “SpaceX”in törəmə şirkəti olan “X67” “Anysphere” ilə birləşəcək və əməliyyat başa çatdıqdan sonra “Cursor” tam şəkildə “SpaceX”ə məxsus törəmə müəssisə kimi fəaliyyətini davam etdirəcək.

Sənəddə “Anysphere”ə 60 milyard dollar həcmində özkapital dəyəri verildiyi bildirilib. Həmçinin vurğulanıb ki, birləşmə qüvvəyə mindikdən sonra şirkətin dövriyyədə olan adi və imtiyazlı səhmləri avtomatik olaraq “SpaceX”in A sinif adi səhmlərinə çevriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram