ABŞ-İran müqaviləsinin imzalanma tarixi və yeri dəqiqləşdirilib | Banco.az

ABŞ-İran müqaviləsinin imzalanma tarixi və yeri dəqiqləşdirilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-İran müqaviləsinin imzalanma tarixi və yeri dəqiqləşdirilib.

Banco.az xəbər verir ki, İran ilə ABŞ arasında əldə olunan razılaşmanın rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrənin Bürqenştok qəsəbəsində keçirilməsinin planlaşdırıldığı bildirilir.

İsveçrənin rəsmi xəbər agentliyinin məlumatına görə, İsveçrə Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanın Bürqenştokda imzalanacağını təsdiqləyib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, ABŞ ilə İran arasında mümkün anlaşma memorandumunun imzalanmasına dair təmasların davam etdirilməsi və nümayəndə heyətlərinin İsveçrəyə səfərlərinin asanlaşdırılması məqsədilə son günlər ABŞ, İran, Pakistan və Qətər ilə sıx əlaqələr saxlanılıb.

Açıqlamada vurğulanıb ki, Bürqenştok məkanı pakistanlı və qətərli vasitəçilərlə yanaşı, ABŞ və İran tərəfindən də təklif olunub. İsveçrənin prosesdə vasitəçi rolunu öz üzərinə götürdüyü bildirilərkən, görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri diplomatik və logistika şəraitinin təmin edildiyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram