TuranBank və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində yeni kredit sazişi imzalanıb. Cəlb olunan vəsaitlər TuranBank-a Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv ölkələr arasında idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, müştərilərin ticarət əməliyyatlarının dəstəklənməsinə imkan yaradacaq.
TuranBank nüfuzlu maliyyə qurumundan iri həcmli kredit cəlb etdi!