FIFA 2026 Dünya Kuboku bu dəfə azarkeşlər üçün daha fərqli hiss olunacaq. Artıq matçları sadəcə izləmək yox, oyunun bir parçasına çevrilmək, təxmin etmək və bunun müqabilində real mükafatlar qazanmaq imkanı yaranıb. Məhz bu məqsədlə yeni “Goal Quiz” onlayn platforması istifadəyə verilib.
Bu layihə peşəkar analizlərdən çox, futbolsevərlərin hissiyatına güvənir. Burada əsas olan statistik biliklər deyil, oyunu necə “oxumağınız”, instinktiniz və futbol duyumunuzdur.
Oyuna bax, qərar ver, xal qazan
Platforma Dünya Çempionatının hər matçını daha həyəcanlı edir. Siz sadəcə izləyirsiniz və təxminlərinizi qeyd edirsiniz:
- Hesabı təxmin edin – Matçın nəticəsini düzgün taparaq xal toplayın.
- Qol müəllifini təxmin edin – Kim qol vuracaq? Düzgün cavab sizi zirvəyə yaxınlaşdırır.
Hər mərhələdə qazanc şansı
- Hər tur mükafatlıdır – Ən yüksək nəticə göstərən iştirakçılar üçün müxtəlif prizlər və pul mükafatları nəzərdə tutulub.
- 1000 AZN böyük mükafat – Turnir ərzində ən çox xal toplayan iştirakçı sonda 1000 manat qazanacaq.
Matçlar arasında isə platforma sizi tək qoymur. Futbol tarixi ilə bağlı qısa və interaktiv testlər vasitəsilə həm əylənmək, həm də biliklərinizi sınamaq mümkündür.
Ən maraqlısı isə budur ki, bütün bunlarda iştirak tamamilə ödənişsizdir. Qeydiyyatdan keçmək və ilk təxminlərinizi vermək üçün worldcup.goalquiz.co saytına daxil olaraq bu futbol həyəcanına siz də qoşula bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!
