Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsinin qurulması istiqamətində işlərə başlayıb.
Bunu Rəqəmsal Logistika Platformasının (Digital Logistics Platform - DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.
Bununla belə, onun sözlərinə görə, bu məsələ üzrə müzakirələr davam edir. Qazaxıstanla yol xəritəsi (roadmap) hazırlanaraq qarşı tərəfə təqdim edilib. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə Rusiya ilə əməkdaşlığa isə e-CMR çərçivəsində başlanılıb. Bu proses hökumətlərarası razılaşma əsasında həyata keçirilir. Oxşar əməkdaşlıq Qazaxıstan və Türkiyə ilə də qurulub. Orta Dəhliz boyunca hələlik prosesə qoşulmayan əsas ölkə Gürcüstandır. Lakin yaxın vaxtlarda onun da bu təşəbbüsə qoşulması nəzərdə tutulur. Nəticədə, Orta Dəhliz üzrə rəqəmsal logistika infrastrukturunun formalaşdırılması və məlumat mübadiləsinin təmin edilməsi böyük ölçüdə tamamlanacaq", - deyəo qeyd edib.
