Qlobal mərkəzi banklar 17 ton qızıl alıblar | Banco.az

Qlobal mərkəzi banklar 17 ton qızıl alıblar

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal mərkəzi banklar 2026-cı ilin aprel ayında  17 ton qızıl alıblar.

Banco.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat verib.

WGC hesabatında aprel ayında ən çox qızıl alıcılarının Polşa Mərkəzi Bankı (+14 ton) olduğu, Çinin isə alış tempini sürətləndirdiyi (+8 ton) qeyd olunub. Bu da 2024-cü ilin dekabr ayından bəri ən yüksək göstəricidir.

Çexiya Milli Bankı ehtiyatlarına 3 ton qızıl əlavə edib, Rusiya Federasiyası Mərkəzi Bankının xalis satışları isə 6 ton qızıl təşkil edib və ilin əvvəlindən bəri ümumi xalis satışları 22 tona çatdırıb.

Son üç ildə Şərqi Avropa və Asiyadakı mərkəzi banklar sabit dinamika nümayiş etdirərək ayda orta hesabla müvafiq olaraq 12 və 11 ton qiymətli metal alıblar.