Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,75 ABŞ dolları və ya 0,62% artaraq, 122,18 dollar təşkil edib.
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,75 ABŞ dolları və ya 0,62% artaraq, 122,18 dollar təşkil edib.
Bu ilin yanvar-may ayları üzrə Azərbaycan avtomobil sığortası bazarının maliyyə göstəriciləri məlum olub.
G7 sammitində iştirak etmək üçün Almaniyada səfərdə olan Yaponiyanın Baş naziri Fumio Kisida ölkəsinin qlobal ərzaq böhranı ilə mübarizəyə 200 milyon ABŞ dolları ayıracağını vəd edib.
Ayrılacaq vəsait Ukraynaya və ərzaq qiymətlərinin kəskin artmasından ciddi zərər çəkmiş Yaxın Şərq və Afrika ölkələrinə yardım üçün sərf ediləcək.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
2022-ci ilin iyunun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. 1 avro 1.7981 manat, 1 türk lirəsi 0.1026 manat, 1 Rusiya rublunun məzənnəsi isə 0.0312 manat səviyyəsində müəyyənləşib.
Almaniya hakimiyyəti Rusiya qazının ölkəyə tədarükünün dayandırılması ehtimalı səbəbi ilə ölkə əhalisini və biznesini çətin zamanlara hazırlamağa başlayıb.
Bu barədə "Bloomberg" agentliyi yazır.
Yəmənli biotexnoloq və elm kommunikatoru Haşim əl-Qaili "Sky Cruise" adlandırdığı uçan otel-təyyarə layihəsi hazırlayıb.
“Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasına yeni təyinat olub. Belə ki, Ziraat Bank Azərbaycanın daxil olduğu, dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun daxilində həyata keçirilən dövrü yerdəyişmələr ilə əlaqədar olaraq Ziraat Bank Azərbaycanın Müşahidə Şurasının üzvü Kemalettin Bayat öz vəzifəsini Fuat Yılmaz Yıldıza təhvil vermişdir. Fuat Yılmaz Yıldız peşəkar karyerasına 1996-ci ildən, bank sahəsində karyerasına isə 1998-ci ildən başlamışdır.
IMEI.az informasiya sisteminin xidmətləri 27 iyun tarixindən etibarən Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.
Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbərliyindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri arasında işgüzar görüş keçirilib.
“Bu il bir çox yerdə qıtlığın elan olunması ilə bağlı real risklər var və 2023-cü il daha pis ola bilər”.