Tramp NATO-nun Ankara sammitində iştirak edəcək | Banco.az

Tramp NATO-nun Ankara sammitində iştirak edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp NATO-nun Ankara sammitində iştirak edəcək.

Banco.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində şəxsən iştirak edəcək.

Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Prezident Donald Trampın Dövlət Departamenti üçün 2027-ci maliyyə ili üzrə büdcə tələbi və digər beynəlxalq məsələlərlə bağlı sualları cavablandırıb.

NATO Zirvəsi ilə bağlı komitə üzvlərinə məlumat verən Rubio bildirib: “Prezident növbəti NATO dövlət və hökumət başçılarının iclasında şəxsən iştirak edəcək”.

Rubio Türkiyənin paytaxtı Ankarada keçiriləcək zirvə ilə bağlı qeyd edib ki, “NATO-nun iyul ayında Türkiyədə təşkil edəcəyi növbəti iclasının, ehtimal ki, təşkilatın tarixində ən mühüm görüş olacağını düşünürəm”.

ABŞ dövlət katibi həmçinin vurğulayıb ki, Ankaradakı sammit çərçivəsində “aydınlaşdırılması və düzəldilməsi zəruri olan bəzi məsələlər mövcuddur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram