Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə avtomobil sahibi olmaq istəyənlərin əksəriyyəti lizinq və ya kredit variantları arasında seçim edir. İlk baxışda bu iki üsul oxşar görünsə də, əslində hüquqi və maliyyə baxımından ciddi fərqlər mövcuddur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Banco.az-a açıqlamasında bildirib ki, lizinqlə avtomobil alan vətəndaş bilməlidir ki, lizinq və kredit tamamilə fərqli anlayışlardır:
"Əgər avtomobili kreditlə alırsınızsa, nəqliyyat vasitəsi birbaşa sizin adınıza rəsmiləşdirilir və mülkiyyət hüququ sizə məxsus olur.
Lakin lizinq zamanı avtomobil sizin adınıza deyil, lizinq şirkətinin adına qeydiyyata alınır. Siz yalnız müqavilədə göstərilən məbləği tam şəkildə ödədikdən sonra avtomobilin mülkiyyət hüququnu əldə edə bilərsiniz.

Lizinq müqavilələrində kritik məqam: Avtomobil sonda kimin olur?
Ekspertin sözlərinə görə, lizinqlə avtomobil götürərkən müqavilə şərtlərinə xüsusi diqqət yetirmək vacibdir: "Çünki lizinq o demək deyil ki, müddət bitdikdən sonra avtomobil avtomatik olaraq sizə keçəcək.
Bəzi lizinq müqavilələri və şərtləri elə qurula bilər ki, ödəniş müddəti başa çatsa belə, müəyyən səbəblərdən avtomobil sizin mülkiyyətinizə keçməsin və yenidən şirkətin balansına qaytarılsın".
Bizi sosial şəbəkələrdən izləyin!!
