Qızılın qiyməti bahalaşaraq rekord həddə çatıb | Banco.az

Qızılın qiyməti bahalaşaraq rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiyməti rekord həddə qədər bahalaşıb.

Banco.az xəbər verir ki, FED-in nikbinliyi cilovlamaq cəhdlərinə baxmayaraq, gələn ilin əvvəlində ABŞ-ın faiz dərəcəsinin endirilməsi ilə bağlı artan proqnozlara görə qızılın qiyməti bu vaxta qədərki ən pik həddə çatıb.

Qiymətli metal bazar ertəsi erkən ticarət əməliyyatlarında 3 faizdən çox bahalaşaraq 7 avqust 2020-ci il səviyyəsinə çatmaqla 2,148,11 dollara yüksəlib. 

Daha sonra bu qazancların çoxunu itirən qızıl hazırda cümə gününə nisbətən 0,72 faiz baha olmaqla 2085,81 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram