Müəllif: Tamara Mustafayeva, Banco.az
"Anthropic" "Claude" üçün öz süni intellekt çiplərini hazırlayacaq.
Banco.az xəbər verir ki, “Anthropic” şirkəti “Claude” modelləri üçün özünəməxsus süni intellekt çiplərinin hazırlanması ilə məşğul olacaq daxili komanda yaratdığını açıqlayıb. Məqsəd qabaqcıl süni intellekt sistemlərinin imkanlarını daha da genişləndirmək və çip təchizatında yaranan çətinlikləri aradan qaldırmaqdır.
Şirkət daha əvvəl “Reuters” agentliyinin yaydığı məlumatı təsdiqləyərək bildirib ki, müştərilərin tələbatını daha yüksək sürət və səmərəliliklə qarşılaya biləcək xüsusi çiplərin və “Claude” süni intellekt modellərinin birgə hazırlanması ilə məşğul olacaq yeni komanda formalaşdırılıb.
“Anthropic” bu məqsədlə avadanlıq və proqram təminatı sahəsində təcrübəyə malik mühəndislərin işə qəbul edildiyini də açıqlayıb.
Şirkətin məlumatına görə, xüsusi çiplərin hazırlanması təşəbbüsü onun çoxşaxəli çip strategiyasının son mərhələsidir. Bununla yanaşı, “Amazon Web Services” (AWS), “Google”, “Nvidia” və “AMD” texnologiyalarını əhatə edən şaxələndirilmiş avadanlıq infrastrukturundan istifadə davam etdiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!
